“Sürət həddi bir qədər artırılıb” - BNA nəqliyyatın hərəkətində çətinliyin olmadığını iddia edir

  • By admin
  • 16 Dekabr 2016 09:44

qarargah-qar

Hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Gununsesi.info-ya verilən məlumata görə, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.

“Məlumat üçün onu da bildirək ki, dünən axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti-hava limanı və Zığ-hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı saxlanılıb” – deyə, qurumdan bildirilib.

Gununsesi.info