Sürət həddini aşan din xadimi dəhşətli şəkildə öldü…  - FOTOLAR

  • By admin
  • 06 İyul 2018 09:43

Avtomobili sürətlə idarə edən din xadimi dəhşətli qəzada həyatını itirib.
Gununsesi.info “Rus yolları” portalına istinadla xəbər verir ki, faciəli olay Kirov şəhəri yaxınlığında baş verib. Sovetski şəhərindəki Müqəddəs Pokrov kilsəsinin keşişi Mixail Kovalskiy “Audi” markalı avtomobildə gedərkən qarşıda  hərəkət edən maşını ötməyə qərar verib. Yüksək sürətlə əks  hərəkət zolağına çıxan din xadiminin avtomobili  “Freightliner” markalı yük maşını ilə qarşı-qarşıya gəlib. Nəticədə M.Kovalskinin maşını iki hissəyə bölünərək tamamilə əzilib. Olay yerinə gələn xilasedicilər sürücünü xüsusi vasitələrlə əzilmiş metal yığnağı arasından çıxarda bilsələr də, 35 yaşlı din xadimi artıq həyatını itirmiş olub. Müvafiq dini və dövlət qurumları din xadiminin  ölümünü təsdiqləyərək yaxınlarına başsağlığı veriblər. Keşişin xanımı və üç övladı qalıb.