
Hər ilin iyununda AXC-Müsavat hakimiyyətinin devrilməsinin səbəbkarı kimi gündəmə gələn Surət Hüseynov ciddi tənqidlərə məruz qalır.
Gununsesi.org-un əməkdaşı milli hökuməti devirmıəkdə günahlandırılan “qiyamçı polkovnik”in telefonuna zəng edərək, onunla “4 iyun” qiyamı haqqında danışmaq istəyib.
Surət Hüseynovun telefonuna cavab verən həyat yoldaşı onun Bakıda olmadığını deyib: “Surət bu mövzular haqqında heç kəslə danışmaq istəmir. Özü də Bakıda yoxdur. O, adətən Türkiyədə olur”.
Gununsesi.org