Sürətlə hərəkət edən qatarla selfi çəkmək istədi - AZ QALMIŞDI CANINDAN OLSUN (VİDEO)

  • By admin
  • 25 Yanvar 2018 10:40

Hindistanın cənubunda yerləşən Heydərabad şəhərində 22 yaşlı şəxs qatar ilə selfi çəkmək istəyərkən yaralanıb.

Gununsesi.info-nun verdiyi məlumata görə, Siva adlı şəxs özünə doğru təhlükəli şəkildə yaxınlaşan qatarı görməsinə baxmayaraq, olduğu yerdə dayanmağa davam edib.

Qatarın vurduğu gənc möcüzəvi şəkildə hadisədən sağ xilas olub.

Həmin anları telefonu ilə çəkən gənc adam qanlar içində yerə düşdükdən sonra dostları tərəfindən xəstəxanaya aparılıb.

O, baş və əlindən ciddi şəkildə yaralanıb.

Siva qatara toxunmaq istədiyini və bu səbəbdən belə risk etdiyini etiraf edib.

Gununsesi.info