Sürətli şəhərlərarası qatar relsdən çıxdı - ALMANİYADA

  • By admin
  • 04 İyun 2017 21:07

train_020616

Almaniyada Şimali Reyn-Vestfaliya federal əyalətində Köln şəhərində sürətli şəhərlərarası qatar relsdən çıxıb.

Gununsesi.info-nun RİA Novosti-yə istinadən veridiyi məlumata görə, bu haqda Koelnische Rundschau qəzeti xəbər verir.

Deutsche Bahn dəmir yolu konserninin məlumatına görə, hadisə bazar günü səhər baş verib. Qatarında yalnız maşinist olub, o xəsarət almayıb.

Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində dəmir yollarında hərəkət qismən dayandırılıb.

Gununsesi.info