Sürət qatarlarında internet niyə dayandırılıb?

  • By admin
  • 02 İyun 2023 13:29

Bir neçə il əvvəl İsveçrə istehsalı olan “Statdler” sürət qatarlarının Azərbaycan  Dəmir Yolları tərəfindən alınması dəmir yolları nəqliyyatında  mühüm tarixi hadisə olub.

Pandemiya dövründə sürət qatarlarının hərəkətinə fasilə verilsə də hazırda yenidən Bakı-Gəncə və Bakı-Ağstafa qatarları sərnişindaşımaya başlayıb.

Qeyd edək ki, müasir tələblərə cavab verən bu qatarlarda sürətli internet üçün server də yaradılıb.

Ancaq buna baxmayaraq, əvvəlki illərdən fərqli olaraq qatarlarda internet dayandırılıb.

Gununsesi.info-nun əməkdaşı problemlə bağlı Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinə müraciət etsə də suala cavab ala bilməyib.

Belə ki, xidmətdən  “yazılı müraciət edəcəyimiz” təqdirdə sualımızın  cavablandırılacağı bildirilib.

ADY rəsminin sadə bir suala bu cür bürokratcasına yanaşması təəccüblüdür. Ümid edirik ki, ADY yüzlərlə sərnişini maraqlandıran bu sualla bağlı açıqlama verəcək.

Arzu Sayadoğlu

Gununsesi.info