Suraxanı rayonunda kütləvi dava - Xəsarət alanlar var

  • By admin
  • 07 Sentyabr 2016 10:58

kutlevi1

Suraxanı rayonunda kütləvi dava baş verib. Dava Qum adasında yerləşən kafelərin birində qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, kafedə sərxoş olan Cəfər adlı şəxs 20 yaşlı Musa Hüseynovla mübahisə etməyə başlayıb. Kafenin sahibi olan Musa Hüseynovun qardaşı Cəfəri sakitləşdirib. Daha sonra Cəfər qəfildən əlinə bıçaq alaraq kafenin sahibinə hücum edib. Bu zaman Musa Hüseynov qardaşının qarşısına keçib və nəticədə Cəfər onu bıçaqlayıb. Musa Hüseynovdan başqa Cəfər onun dostları 20 yaşlı Oqtay Yusifov və 26 yaşlı Səbuhi Hüseynovada bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanayta çatdılıb. Xəstəxanadan verilən məlumata görə, üzərində çoxsaylı bıçaq xəarətləri olan Musa Hüseynov dərhal əməliyyat götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər. Digər yaralılara isə ilkin tibbi yardım gösdtərildikdən sonra ambulator müalicəyə buraxlıblar. Hadisə yerindən qaçan Cəfər adlı şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində Suraxanı rayon pois İdarəsi və 30-cu polis bölməsinin əməkdaşları əməliyyat axtarış tədbirləri həyata keçirirlər. Faktla əlaqədar cinayət işi başlanıb.

Gununsesi.info