Suraxanıda 3 otaqlı ev yanıb

  • By admin
  • 21 Aprel 2017 09:16

neft terminali yangin

Bu gün Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info