Suraxanıda birmərtəbəli ev yanıb

  • By ilhame
  • 13 Mart 2024 23:16

Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

 

Bu barədə sayta Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qeyd olunub ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info