Suraxanıda İranla cinayət əlaqəsi olan 8 nəfər tutuldu -FOTO

Suraxanıda son ayyarımda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 8 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində polisin keçirdiyi əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan Bəhruz Cabbarov, Ehtibar Əhədov, Qadir Dadaşov, Mikayıl Süleymanov, Feyzulla Əliyev, Bəxtiyar Məlikov, Ramin Quliyev və Fuad Qafarov tutulub. Həmin şəxslərdən ümumilikdə 13 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla əldə etdiklərini bildiriblər.

Ümumilikdə ilin əvvəlindən Suraxanıda keçirilən əməliyyatlar zamanı qanunsuz narkotik dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Onların barəsində cinayət işləri başlanılıb.


Gununsesi.info