Suraxanıda orta məktəbdə qan töküldü

Suraxanıda orta məktəbdə qan töküldü

1

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. 

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb.

Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik  məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS