Sürdüyü maşının altında qalaraq öldü -FOTO

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Ford “markalı yük maşını “VAZ” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ” avtomobilinin sürücüsü hadisə yerində vəfat edib.

Belə ki, toqquşma zamanı “VAZ”ın qarşısında dayan minik maşınının sürücüsü avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Gununsesi.info