“Suriya ərazisinə zərbələr nəticəsiz qalmayacaq” RUSİYA SƏFİRİ

  • By admin
  • 14 Aprel 2018 10:17

“ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə zərbələri nəticəsiz qalmayacaq. Qorxduğumuz reallaşdı. Xəbərdarlıqlarımız diqqətə alınmadı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və yenə bizi təhdid edirlər. Daha əvvəldən belə hərəkətlərin nəticəsiz qalmayacağına dair xəbərdarlıq etmişdik”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatında deyilir.

A.Antonovun sözlərinə görə, bunun bütün məsuliyyətləri Vaşinqton, London və Parisin üzərinə düşür: “Rusiya prezidentinin təhqir edilməsi qəbuledilməz və yolverilməzdir. ABŞ dünyanın ən böyük kimyəvi silah arsenalının sahibidir və onların başqalarını günahlandırmağa, sadəcə, mənəvi haqqı yoxdur”.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

Gununsesi.info