Suriya Ərdoğanın barışıq əlini geri qaytarır

  • By admin
  • 14 Yanvar 2023 22:20

Suriyanın XİN başçısı Faysal Miqdad paytaxt Dəməşqə səfər edən İranın xarici işlər naziri Əmir Abdullahiyan ilə görüşüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Suriya XİN başçısı İranın Baş diplomatı ilə görüşdən sonrakı mətbuat toplantıısnda Türkiyəni “işğalçılıqda” ittiham edərək normal əlaqələrin qurulması üçün şərt qoşub.

Türkiyənin gerçəkləşdirdiyi hərbi əməliyyatlardan narahat olan Faysal Afrin və Cerablus başda olmaqla ölkənin şimalında rəsmi Ankaranın  əsgəri varlığını sürdürməsindən narahatlığını dilə gətirib.

Xatırladaq ki, Suriya və Türkiyə arasında ötən ilin 28 dekabrında Moskvada nazirlər arasında görüş gerçəkləşdirilmişdi. Ardından Mövlud Çavuşoğlu fevral ayında Faysal Miqdadla bir araya gələ biləcəklərini açıqlamışdı.

Türkiyə bu görüşmələr davam edərkən Suriyanın şimal-qərbindəki silahlı müxalifəti dəstəkləməyə davam edir. Suriya rəhbərliyi isə müxalif silahlıları “terror təşkilatı” olaraq görür.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüş üçün “uzlaşmazlıq olan ünsürlərin ortadan qalxmasına bağlı olduğunu” söyləymişdi.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info