Suriya Amerikanı ittiham etdi: Qanunsuz neftayırma müəssisələrimizə zərbələr endirib

  • By admin
  • 24 Dekabr 2019 10:15

“Amerikalılar pilotsuz uçuş aparatları vasitəsilə Xümsdəki neftayırma müəssisələrinə hücum ediblər”.

 

“Rambler.ru” xəbər verir ki, bu sözləri Suriyanın Xarici İşlər naziri Vəlid əl Mualim deyib.

Onun sözlərinə görə, hücum 4 gün əvvəl həyata keçirilib.

“ABŞ ət-Tanfdakı qanunsuz hərbi bazasından istifadə edərək öz pilotsuz uçuş aparatlarını Xümsə göndərib və neftayırma infrastrukturuna aviazərbələr endirib”, – XİN rəhbəri bildirib.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org