Suriya böhranına son verilir

  • By admin
  • 09 Mart 2017 09:02

generallar suriya

Rusiya, ABŞ və Türkiyə Baş Qərargah rəhbərlərinin Antalyada keçirdiyi üçtərəfli görüş siyasi tarix baxımından olduqca önəmlidir.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli professor Məsud Haqqı Çaşın deyib.

“Putinin daha əvvəl təklif etdiyi üçtərəfli mexanizm çalışması son dərəcə mühümdür. Bu toplantı Suriyada sülhün təmin edilməsi yolunda ciddi hərbi addımdır. Xüsusilə, Putin-Ərdoğan görüşü öncəsi belə bir toplantının olması diqqətçəkəndir”, – Çaşın bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ, Türkiyə və Rusiya Baş Qərargah rəisləri Antalyada bir araya gəlmişdi.

Rus və amerikalı Qərargah rəisləri ilk dəfə Bakıda görüşmüşdülər.

Gununsesi.info