
Türkiyə, İran və Rusiya arasında imzalanan təhlükəsiz bölgələr razılaşmasından sonra Suriyanın qərbində təhlükəsizliyi hərbi polisin təmin etməsi gözlənilir.
Axar.az “Xəbərtürk” qəzetinə istinadən xəbər verir ki, sözügedən ərazilərdə nizami ordular yerləşdirilməyəcək.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İran arasında Suriyada təhlükəsiz zonalarının yaradılması barədə razılıq əldə olunmuşdu.
Gununsesi.info