Suriya  məsələsi yenidən Astanada müzakirə olunacaq

  • By admin
  • 02 Fevral 2017 17:20
suriya
Suriya münaqişəsinin həlli ilə bağlı BMT-nin iştirakı ilə növbəti Türkiyə-Ruisya-İran görüşü fevralın 6-da olacaq.
Gununsesi.info “Kazinform”-a istinadən xəbər verir ki, bunu Qazaxstanın xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov deyib.
 Onun sözlərinə görə, görüş fevralın 6-da Astanada  keçiriləcək.
Bundan öncə də BMT Bş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da   Suriyada  atəşkəsin əldə olunmasının monitorinqinin mexanizmi  ilə bağlı fevralın 6-da Astanda  müzakirələr aparılacaq.
“Həqiqətən də, bizə BMT-nin  təmsilçiyi ilə Türkiyə-Rusiya-İran arasında Suriya münaqişəsinin tənzimlənməsi məqsədiylə beynəlxalq texniki görüşün fevralın 6-da  təşkil olunmsı  xahiş olunub. Və biz də bu görüşü təşkil edəcəyik”- deyə, Qazaxstan XİN mərbuat xidmətinin rəhbəri A.Jaynakov deyib.
  Onun sözlərinə görə,  bu görüşdə Suriyada atəşkəs rejiminə qarant olan üç ölkə atəşkəs rejiminə riayət olunmanın möhkəmlənməsi  mexanizmi müzakirə olunacaq.
Qeyd edək ki,  cari ilin yanvarın 23-24-də Astanada  bu üç ölkə arasında   Suriyada üçtərəfli atəşkəsin əldə olunması ilə bağlı razılıq əldə ediblər.
Gununsesi.info