Suriyalı kürd və ərəb döyüşçülərinin alyansı elan edib ki, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın nəzarətində olan strateji əhəmiyyətli şəhəri ələ keçiriblər.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, Suriya Demokratik Qüvvələri (SDF) bildirib ki, onlar İD istinadgahı sayılan Raqqadan 40 km-lik məsafədə olan şəhəri və onun ətrafındakı bəndi tamamilə azad ediblər.
Bu xəbər ABŞ-ın Suriyadakı Kürdlərin Xalq Müdafiəsi Bölmələrinin (YPG) üzvlərini silahlandırmaq barəsində verdiyi qərardan bir gün sonra yayılıb.
Qərar Türkiyənin narazılığına səbəb olub. Türkiyə Suriya Kürd Xalqının Müdafiə Bölmələrini (YPG) 1984-ci ildən Türkiyənin daxilində döyüşən Kürd PKK qrupu ilə əlaqəli terrorçu qrup kimi nəzərdən keçirir.
Prezident Rəcəb Tayyip Ərdoğan deyib ki, cihadçılara qarşı mübarizəyə “daha bir terror qrupu” cəlb edilməməlidir.
Lakin Vaşinqton bununla razılaşmır və iddia edir ki, SDF-nin kürd və ərəb döyüşçülərinin alyansına rəhbərlik edən YPG ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələrinin köməyi ilə son iki ildə şimali Suriyada təxminən 6 min kvadrat km ərazidən ekstremistləri uzaqlaşdırıb.
ABŞ bildirir ki, bu qüvvələr Raqqanın ələ keçirilməsi üçün gərəklidir.
Pentaqon əvvəllər SDF-nin yalnız ərəb elementlərini silahlanıb.
YPG sözçüsü Redur Xelil bildirib ki, ABŞ-ın qərarı İD-lə mübarizə aparan bütün qüvvələrə “güclü təkan verəcək”. O, həmçinin qərarın “bir qədər gec” verildiyini də qeyd edib.
Əgər SDF qüvvələri Tabqa-da qalib gəlibsə, bu, Raqqaya yeni marşrut açacaq, BBC Dünya Xidmətinin Yaxın Şərq redaktoru Alan Johnston bildirib.
Gununsesi.info