Suriya ordusu İsrail təyyarəsini atəşə tutub

Suriya ordusu İsrail təyyarəsini atəşə tutub

İsrailin kəşfiyyatçı təyyarəsi Dəməşqin 40 kilometrliyində yerləşən Əl Kuneytra rayonunda Suriyanın hava məkanına daxil olub.

Gununsesi.info xəbər verir ki, Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları təyyarəyə atəş açaraq onu ölkə səmasını tərk etməyə məcbur edib.

Xatırladaq ki, fevralın 10-da Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları İsrailin raket hücumunu dəf edib.

Gununsesi.info

COMMENTS