
Suriya ordusu Deyr əz-Zor şəhərində İŞİD və Nüsrə Cəbhəsi mövqelərinə zərbələr endirib.
Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Hücum zamanı Nüsrə Cəbhəsinə aid 8 avtomobilin sıradan çıxarıldığı bildirilib.
Bundan əlavə, şəhərin Ər-Rüşdiyə məhəlləsində İŞİD-lə gedən şiddətli atışmalarda 17 terrorçunun öldürüldüyü bildirilib.
Gununsesi.info