
Suriya ordu qüvvələri üsyançıların nəzarətində olan Hələbin şərqi Əl-Saxour rayonun ələ keçirib.
Gununsesi.info “BirGün” istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə qrupunun rəhbəri Rami Abdulrahman “Reuters” agentliyinə bildirib ki, bu 2012-ci ildə etibarən Hələbdə müxaliflərin aldığı ən böyük məğlubiyyətlərdən biri oldu.
Rami Abdulrahmanın sözlərinə görə, son günlər Suriya ordusu və onun müttəfiqləri Hələb şəhərini geri qaytarılması üçün irimiqyaslı əməliyyata start verib: “Nəticədə isə müxaliflər əllərində tutduqları bölgələrin böyük bir hissəsini, yəni üçdə birini itiriblər”.
Rusiya Müdafiə Nazirliyi Suriya ordu qüvvələrinın 8 bölgəni terroristlərdən geri aldığını, 2 min 500 vətəndaşın isə azad edildiyini açıqlayıb.
Məlumata görə, “Al-Kadisiyə” bölgəsində Azad Suriya Ordusunun 42 əsgəri silahlarını ataraq döyüşməkdən imtina ediblər.
Anar
Gununsesi.info