Suriya probleminin həlli ilə bağlı Rusiya-Çin-Hindistan-İran koalisiyası yaradılır.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə mövqeyini açıqlayan Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Vladimir Komoedov deyib ki, Rusiya-Çin-Hindistan-İran hərbi-siyasi koalisiyasının yaranması bir il ərzində Suriyadakı terrorizm problemini həll etməyə kömək edəcək.
Çinin Mərkəzi Hərbi Şurasının kont-admiralı Quan Yufey deyib ki, Çin Suriya probelminin həllində öz töhfəsini verməyə və oradakı digər hərbi birləşmələrlə birgə əməkdaşlığa hazırdır.
Çinli kont-admiral bunun üçün ilkin olaraq ciddi hərbi-siyasi koalisiyann yaradılmasının vacibliyini qeyd edib.
“Hansı ki, bu koalisiyada NATO kimi aqressiv blokun üzvü olmayan ölkələr olmalıdır. Artıq belə bir koalisiyanın yaradılmasna zərurət yaranıb. Əgər Rusiya-Çin-Hindistan-İran z səylərini birləşdirərsə, o zaman Yaxın Şərqdə terrorizm və İŞİD probelimini bir il ərzində həll etmək olar”- deyə, Komoedov bildirib.
Gununsesi.info