

Suriya-Türkiyə, Rusiya və İran arasında təsir dairələrinə bölünə bilər.
Gununsesi.info reuters-ə istinadən xəbər verir ki, Türkiyə, Rusiya və İran əldə olunan razılaşma əsasında Suriya bu üç ölkə arasında təsir dairəsinə bölünə bilər.
Əldə olunan razılaşmaya əsasən Bəşər Əsəd növbəti seçkilərədək hakimiyyətdə qalır. Ondan sonra hakimiyyətə başqa bir şəxs gəlir və Bəşər Əsəd və ailəsinin təhlükəsizliyi təmin olunur. Artıq Rusiya tərəfi bunu açıqca dilə də gətirib. Rusyanın beynəlxalq əlaqələr Şurasının baş direktoru Andrey Kortunov Bəşər Əsədin hakimiyyətdən getməsi məsələsi müzakirə olunsa da, onun yerinə gələcək namizədin adını açıqlamayıb.
Hazırda bu variant tərəflər arasında işlənmə mərhələsindədir. İşlənilən sənəd həm əsəd rejimi, həm müxalifət, həm də ABŞ və maraqlı tərəflərlər müzakirə olunub razılaşdırılmalıdır.
Sənədə əsasən Suriyanın federallaşmasını nəzərdə tutur.
Gununsesi.info