Suriya üçün 4 ölkə bir araya gələcək - Aralarında Türkiyədə var

  • By admin
  • 13 Oktyabr 2016 10:59

suriya

Oktyabrın 15-də Lozannada 4 ölkənin – Türkiyə, Rusiya, ABŞ və Səudiyyə Ərəbistanın da iştirakı ilə “Suriyadakı vətəndaş müharibəsinə həll” adlı zirvə toplantısı keçiriləcək.

Gununsesi.info “Axşam” qəzetinə istinadən xəbər verir ki, bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib. Sergey Lavrov bildirib ki, İsveçrənin Lozanna şəhərində baş tutacaq dördtərəfli görüşdə əsas məsələ Suriya böhranını müzakirə olunacaq.

Anar
Gununsesi.info