Suriya və İraqda minlərlə Rusiya vətəndaşı var

  • By admin
  • 30 Dekabr 2017 16:55

Suriya və İraq ərazisində uşaqları ilə birgə bir neçə min Rusiya vətəndaşı var.

Gununsesi.info xəbər verir ki, bunu Dağıstanın uşaq hüquqları üzrə ombudsmanı Marina Yejova deyib.

Onun sözlərinə görə, bu ölkələrdə olan rusiyalıların sayı dəqiq məlum deyib: “Onlardan bir çoxunun qonşu ərəb ölkələrinə də keçdiyi barədə məlumatlar var”.

Ombudsman qeyd edib ki, həmin şəxslərin Rusiyaya qaytarılması üçün onların qohumlarından minddən çox müraciət daxil olub.

Bundan başqa, rusiyalı uşaqları gətirməli olan təyyarənin uçuşu baş tutmayıb. Ombudsmanın sözlərinə görə, bu uçuşa həmin uşaqların anaları qarşı çıxıb: “Rəsmi Bağdad bu qadınlara qarşı ciddi ittihamlar irəli sürüb, lakin uşaqların ölkədən çıxmasına etiraz etməyib”.

Gununsesi.info