Suriya XİN-dən Trampa sərt cavab - "ÖZÜNÜZ HEYVANSINIZSA, DÜŞÜNMƏK LAZIM DEYİL Kİ, QALANLARI DA BELƏDİR"

  • By admin
  • 14 Aprel 2017 07:27

tramp

Suriya Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Trampın suriyalı həmkarı Bəşər Əsədin ünvanına səsləndirdiyi təhqirə cavab verib. Xatırladaq ki, Tramp bir neçə gün əvvəl Əsədi “heyvan” adlandırmışdı.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, təhqirə cavabı XİN rəhbərinin köməkçisi Ayman Sussan səsləndirib: “Özünüz heyvansınızsa, düşünmək lazım deyil ki, qalanları da belədir. Bəşər Əsəd suveren dövlətin prezidentidir, o xalq tərəfindən seçilib. Xarakteristikanı da  ona Tramp yox, Suriya xalqı verməlidir”, – deyə  Sussan bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb. Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.

“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, – deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib. ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb. “Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, – deyə Tramp əlavə edib.

Gununsesi.info