Rusiya Hərbi-Hava Qüvvələri 10 günə Suriya ərazisində təxminən 2500 terrorçunu məhv edib.
Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Hərbi-Hava Qüvvələrinin 19-29 sentyabr tarixlərində dəqiq raket-hava hücumları nəticəsində 2359 terrorçu öldürülüb, təxminən 2700 terroçu isə yaralanıb. Zərərsizləşdirilən terrorçular arasında 16 komandir, eləcə də Rusiya və MDB ölkələrindən olan 400 nəfər var”, – deyə İ. Konaşenkov vurğulayıb.
Gununsesi.info