
Suriyanın Xama əyalətində yol kənarına basdırılmış iki minanın partlayışı nəticəsində azı 18 dinc sakin həlak olub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, iki avtobus minalara düşərək partlayıb. Hadisə zamanı həmçinin bir neçə nəfər ağır yaralanıb.
İlkin məlumata görə, minalar yola İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.
Gununsesi.info