
Rusiya ordusuna məxsus olduğu iddia edilən hərbi təyyarələrin Suriyanın şərqində yerləşən Deyr-ez-Zor şəhərini bombardman etməsi nəticəsində 19 nəfər dinc sakin həyatını itirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Suriya İnsan HüquqlarıTəşkilatı (SNHR) məlumat yayıb.
Belə ki, hücumlar nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 19 nəfər həyatını itirib.
Qeyd edək ki, məlumatada, hava zərbəsi nəticəsində bəzi cəsədlərin yandığın və tanınmaz vəziyyətdə olduğu bildirilir.
Anar
Gununsesi.info












