Suriyada daha bir jurnalist qaçırılıb

  • By admin
  • 15 May 2017 16:16

11

Kürdüstan Demokrat Partiyasına (KDP) yaxınlığı ilə bilinən Zaqros/ARK Televiziyasının müxbiri Bərzan Həsən Lilani PKK Terror Təşkilatının Suriya qanadı olan PYD terrorçuları tərəfindən qaçırılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumat Kürdüstan Demokrat Partiyasının internet səhfəsində yer alıb.

Belə ki, jurnalist Hasəkə şəhərinin şimalındakı Ramelan bölgəsində çəkiliş apararkən PYD terrorçuları tərəfindən qaçırılıb.

Suriya Kürd Milli Şurasının (SKMŞ) üzvü Hüseyn Hal bildirib ki, PKK Terror Təşkilatına bağlı üzü maskalı bir qrup silahlı Zaqros/ARK televiziyasının müxbiri Bərzan Həsən Lilanini qaçırıb: “Silahlılar jurnalistı məcburi qaydada nömrəsiz avtomibilə oturdaraq, naməlim istiqamətə aparıblar. Bu zaman silahlılar KDP-nin əleyhinə şüarlar səslədiriblər” -, deyə Hüseyn Hal əlavə edib.

Jurnalistin qardaşı Gulal Həsən Lilani isə indiyədək qardaşından heç bir xəbər ala bilmədiklərini deyib.

Zaqros/ARK Televiziyasının rəhbəri Xalid Əli də faktı təsdiqləyərək, PKK Terror Təşkilatının Suriya qanadı olan PYD-nin bu əməlini sərt şəkildə qınayıb. X. Əli tez bir zamanda Bərzan Həsən Lilaninin azad olunmasını tələb edib.

Anar

Gununsesi.info