Suriyada gecə hücumu: - rus hərbçilər öldürüldü

  • By admin
  • 27 May 2018 13:50

Suriyada terrorçuların acıdığı atəş nəticəsində 4 rus əsgəri həlak olub, daha 3 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

“Suriyada yaraqlıların açdığı atəş nəticəsində rus əsgərləri həlak olub. Deyr əz-Zor bölgəsində gecə vaxtı terrorçuların bir neçə mobil dəstəsi Suriya ordusunun artilleriya batareyasına hücum ediblər. Suriya ordusunun artilleriya batareyasının atəşinə rəhbərlik edən 2 rus hərbi məsləhətçi yerindəcə həlak olub. Daha 5 rus hərbçi yaralanıb və dərhal ətrafdakı hərbi hospitala çatdırılıblar”, – MN məlumatında deyilib.

Həkimlərin səyinə baxmayaraq, yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, döyüş 1 saat ərzində davam edib. 43 terrorçu öldürülüb.