
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-və Rusiyaya xəbərdarlıq edib.
Gununsesi.org-un “Hürriyet”ə istinadən məlumatına görə, nazir Suriyanın şimal-şərqində “Sülh çeşməsi hərəkatı”nın dayandırılması üçün ölkələr arasında qəbul edilmiş memorandumun şərtlərinə əməl olunmadığını bildirib:
“ABŞ və Rusiya memorandum öhdəliklərini yerinə yetirmədi. Əgər həmin ərazilər terrorçulardan təmizlənməsə, hərəkata başlayacağıq. Nəticə olmasa, yenə lazımi addımı atacağıq”.
Gununsesi.org