Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən planlaşdırılıb

“Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən planlaşdırılıb”.

Gununsesi.info xəbər verir ki, bunu İranın ali dini lideri Xamenei bildirib .

Onun sözlərinə görə, İranda buna dair sübut var: “Şübhə olmamalıdır ki, Suriyada baş verənlər amerikalılar və sionistlər arasında ortaq plandır”.

O, həmçinin əlavə edib ki, “Suriyaya qonşu olan bir ölkə” də bu hadisədə rol oynayıb, lakin əsas sui-qəsdçilər ABŞ və İsraildir.

Qeyd edək ki, dekabrın 8-də Suriya müxalifəti Dəməşqə nəzarəti ələ keçirib.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd isə postunu tərk edərək ölkədən Moskvaya uçub.

 

 

Şəbnəm

Gununsesi.info