Suriya ordusuna məxsus hərbi təyyarə Deyr-ez-Zorda vurulub.
Gununsesi.info-nun məlumatına görə, bu barə “SANA” agentliyi xəbər yayıb.
Məlumata görə, hadisə ölkənin şimal-şərqində, İŞİD terror qruplaşmasına qarşı əməliyyat zamanı baş verib. Təyyarənin hansı qruplaşma tərəfindən vurulduğu məlum deyil.
Deyr əz-Zor aerodromunun ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən hava bombardmanına məruz qalması nəticəsində isə Suriya ordusunun 62 əsgəri həlak olub.
Pentaqon bəyan edib ki, bombardman yanlışlıq üzündən baş verib və koalisiya qüvvələri səhvən İŞİD-in mövqelərini zərbə endirdiklərini düşünüblər.
Gununsesi.info