Suriyada hərbi təyyarə vurulub

  • By admin
  • 11 İyul 2017 16:36

16

Suriya Silahlı Qüvvələrinə məxsus təyyarə vurulub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azad Suriya Ordusuna bağlı hərbi müxalif qruplardan Usud əl-Şərqiyyə, Bəşər Əsəd rejiminə aid döyüş təyyarəsinin vurulduğunu iddia edib.

Belə ki, Usud əl-Şərqiyyə silahlı qruplaşmasının mətbuat katib Səid əl-Hac Türkiyənin nüfuzlu “Anadolu” Agentliyinə açıqlamasında bildirib ki, Əsəd rejiminə aid Rusiya istehsalı “Su-22” tipli döyüş təyyarəsi Dəməşq yaxınlığında məhv edilib.

Onun sözlərinə görə, təyyarə Dəməşqin şərqində yerləşən Um Ramam ərazisinə düşüb.

Anar

Gununsesi.info