Suriyada həyat yenidən başladı – Rusiya

  • By admin
  • 09 İyun 2017 21:56

 rudskoy

 

Suriyada silahlı münaqişələr demək olar dayanıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş Qərargah Rəhbərliyi Baş Hərəkat İdarəsinin rəisi, ordu generalı Sergey Rudskoy bildirib.

“4 mayda Astanada imzalanan müqavilədən sonra Suriyada vəziyyət müsbətə doğru dəyişib. Terrorçuların tənəzzülə məruz qalmasından sonra yaşayış məntəqələrində də bərpa işlərinə başlanılıb. Xalq azad edilən regionlara fəal şəkildə dönüş etdi, həyat yenidən başladı, enerji obyektləri, nəqliyyat vasitələri və yollar yenidən aktiv hala gəlib”, – Rusdkoy vurğulayıb.

 

Gununsesi.info