Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub

  • By admin
  • 20 İyun 2017 22:45

qirici

Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub.

Gununsesi.info BBC-yə istinadən verdiyi məlumata görə, hadisə ət-Tanf şəhərinin yaxınlığında baş verib.

“Shahed 129” model pilotsuz təyyarə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən vurulub.

Qeyd edək ki, “Shahed 129” İranda istehsal olunur. Onun ilk modeli İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən (SEPAH) 2013-cü ildə təqdim olunub.

Gununsesi.info