Suriyanın Deyr əz-Zor əyalətinin Elbukemal bölgəsində silahlı pilotsuz uçuş aparatı (PUA) İraqdan Suriyaya daxil olan İranın dəstəklədiyi terror qruplaşmalarına məxsus avtomobilə hücum edib.
Gununsesi.info xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, gecə saatlarında İraqdan Elbukəmala daxil olan İranın dəstəklədiyi terror qruplaşmalarına məxsus hərbi avtomobilə İHA-nın hücumu olub.
Mənbələr hücumda İranın dəstəklədiyi qruplaşmanın 4 silahlı üzvünün öldürüldüyünü bildirib.
Suriya və İraq sərhədində yerləşən İranın dəstəklədiyi terrorçulara məxsus məntəqə və maşınlar tez-tez naməlum təyyarələrin hücumuna məruz qalır.
Gununsesi.info