Suriyada keçirilmiş parlament seçkilərinin nəticələri açıqlandı

  • By admin
  • 22 İyul 2020 12:03

Suriya Prezidenti Bəşər Əsədin başçısı olduğu BƏƏS partiyasının rəhbərlik etdiyi Milli Birlik Koalisiyası iyulun 19-da keçirilmiş parlament seçkilərində qalib gəlib.

Gununsesiaz.info bildirir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Qeyd olunur ki, hakim koalisiya əvvəlki seçkilərin nəticələri ilə müqayisədə 23 yer itirməsinə baxmayaraq, Xalq Şurasında əksəriyyəti saxlaya bilib. Səsvermə ölkənin 70 faizində – Əsədin nəzarət etdiyi bölgələrdə təşkil edilib.

Seçkilərin əvvəlcə aprelin 13-də keçiriləcəyi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən iki dəfə təxirə salınıb. Nəticədə, infeksiyanın yayılma sürətinə baxmayaraq, iyulun 19-da seçkilərin keçirilməsi qərara alınıb.

Gununsesiaz.info