Suriyada müharibəni dayandıran müqavilə nə vaxt icra edilir?

  • By admin
  • 05 May 2017 21:34

suriya

 

Suriyada 4 təhlükəsizlik zonasının yaradılması ilə bağlı əldə edilən müqavilə 6 maydan etibarən qüvvəyə minəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Müdafiə Nazirinin müavini Aleksandr Fomin çıxış edib.

Fomin bu müqavilənin tərəflər arasında müharibənin dayandırılmasına gətirib çıxardığını və bunun Suriyada böhranın həlli məsələsində çox önəmli olduğunu vurğulayıb.
Sazişin Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə hazırlandığını bildirən Fomin, Rusiya, İran, Türkiyə, Suriya, İsrail və digər ölkələrin xüsusi xidmət orqanları arasındakı təmasların Suriyadakı gərginliyin azaldılması məsələsinə töhfə verdiyini deyib.

Qeyd edək ki, dünən Astanada Suriyada 4 təhlükəsizlik zonasının yaradılması haqqında Rusiya, Türkiyə və İran arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

 

Gununsesi.info