Suriyanın şimalında minalanmış avtomobil partladılıb.
Bu barədə Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Cerablus ərazisində qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb.
Partlayış zamanı yaxınlıqdakı obyektlərə də ziyan dəyib. Təhlükəsizlik qüvvələri bunun terror aktı olduğunu bildiriblər. Hadisənin YPG/PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.
Yerli mətbu orqanların məlumatına görə, Suriyada ikinci partlayış paytaxt Dəməşqdə baş verib. Hadisə zamanı 2 nəfər həlak olub. Onların azyaşlı olduqları bildirilir.