Suriyada prezident seçkilərinin tarixi açıqlanıb

  • By admin
  • 18 Aprel 2021 15:42

Suriya parlamenti prezident seçkilərinin tarixi barədə qərar qəbul edib.

“RİA Novosti”nın məlumatına görə, dövlət başçısı seçkiləri mayın 26-da keçiriləcək. Suriyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində isə səsvermə mayın 20-də baş tutacaq.

Qərara əsasən, prezidentliyə namizədlərin qeydiyyatı aprelin 19-da başlayacaq və on gün ərzində davam edəcək.

Qeyd edək ki, Suriyanın hazırki prezidenti Bəşər Əsəd 2014-cü ildə bu vəzifəyə seçilib. 2012-ci ildə ölkə konstitusiyasına edilən dəyişiklikdən sonra onun yeddi il müddətinə iki dəfə ardıcıl dövlət başçısı seçilmək hüququ var.

Gununsesi.info