
Suriyada dəhşətli zəlzələ olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi zamanı çoxsaylı insan tələfatı olub.
İlkin məlumatlara görə, 968 nəfərin öldüyü bildirilsə də, hazırda onlrıan sayının 1000-ə yaxın olduğu yazılır.
Episentri Türkiyənin Qəhrəmanmaraş şəhəri olan zəlzələ zamanı Suriyada 2500-ə yaxın insan yaralanıb.
Zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Lazkiyə, Raqqa, Tartus şəhərlərində şiffətli olub.
Suriyanın “SƏNA” dövlət agentliyi fəlakətdən sonra dövlət səviyyəsində xilasetmə və yardım işlərinin başladıldığını açıqlayıb.
Tərcümə: Arzu Sayadoğlu