
Radikal dini qruplaşma Rusiyanın Suriyadakı Hmeymimdəki hərbi aviabazasına hücum edib və aviabazanı minomyot topları ilə atəşə tutublar.
Gununsesi.info “kommersant”a istinadən xəbər verir ki, Rusiyanın hərbi-hava qüvvələrinin Suriyada hərbi əməliyyatlarda iştirak etdiyi iki ildən artıq müddətdə ən ağır itkiyə məruz qalıb.
Belə ki, radikal islamçı qruplaşmanın diversiyası xarakterli əməliyyatı nəticəsində aviabaza minomyot toplarından atəşə tutulub. Etibarlı mənbələrin verdiyi məlumata görə, minomyot atəşi nəticəsind ən azı 4 Su-24 döyüş qırıcı təyyarəsi, iki çoxtəyinatlı Su-35C və bir An-72 hərbi yük təyyarəsi məhv edilib. Xeyli sayda hərbçinin yaralandığı və öldüyü bildirilir.
Rusiya Müdafiə Nazirliyi iki hərbçinin öldüyün təsdiq etsə də, 7 təyyarənin məhv edilməsini təsdiq etmir.
Gununsesi.info