
“Martın 23-də İsveçrənin Cenevrə şəhərində Suriya Sülh danışıqlarının növbəti 5-ci turu keçiriləcək”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Cenevrədəki Suriya Sülh danışıqlarının 4-ci turunun nəticələrinə dair jurnalistlərə açıqlamasında belə deyib.
Staffan de Mistura Cenevrədə 9 gün davam edən Suriya Sülh danışıqlarının 4-cü turu görüşlərindən “möcüzə” gözləmədiklərini, ancaq heç kimin də danışıqlar stolundan ayrılmadığını və kimsənin qətiyyən ağlına gəlməyən bir uğur əldə etdiklərini söyləyib.
Sonra Staffan de Mistura bildirib ki, Suriya Sülh danışıqlarının sonrakı turunda idarəçilk, seçkilər və terrorla mübarizə məsələləri də müzakirə ediləcək.
Anar
Gununsesi.info