Suriyada terror aktı törədilib, ölənlər və yaralananlar var

  • By admin
  • 11 Fevral 2018 13:35


Suriyanın şimalında partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Mülki Müdafiə Qüvvələrinin rəhbəri Mustafa Hac Yusufə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə İdlibdə baş verib. Partlayıcı qurğu şəhərin mərkəzində, yolayrıcında, gündüz işə salınıb.

Partlayış zamanı 7 dins sakin həlak olub. Daha 30 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Gununsesi.info