Suriyada terror - AZI 50 NƏFƏR ÖLÜB

  • By admin
  • 13 Oktyabr 2017 09:10

2017-05-02-18-16-38terror xeberdarliq

Suriyanın şimal-şərqində İŞİD terrorçuları tərəfindən törədilən terror aktı nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, terror aktı Xasaka əyalətinin Əbu Fas yaşayış məntəqəsində baş verib. Terrorçu-kamikadzelər tərəfindən  idarə olunan minalanmış avtomobillər insanların sıx olduğu ərazilərdə partladılıb.

Məlumata görə, partlayışlar nəticəsində azı 50 nəfərin ölüb

Ölənlər arasında Deyr əz Zordan qaçmış çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.

Gununsesi.info