Suriyanın Hələb vilayətinin Tell Rifaat yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 10 nəfər öldürülüb.
Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Suriyadakı müharibə edən tərəflərin Rusiya ilə uzlaşması Mərkəzinin rəhbəri, general-mayor Yuriy Borenkov söyləyib.
Y.Borenkov bildirib ki, Hələb vilayətinin Tel Rifaat şəhərinin ərazisindəki idman klubu terrorçular tərəfindən atəşə tutulub:
“Atışma nəticəsində 10 mülki şəxsin (bir kişi, bir qadın və səkkiz uşaq) həlak olub, daha 13 nəfərin yaralanıb, yeddi uşağın da olduğu, ikisinin vəziyyətinin ağırdır”.