Suriyada türk hərbçiləri atəşə tutulub

  • By admin
  • 08 Yanvar 2018 20:02

Suriyanın İdlib şəhərində Türkiyəyə məxsus hərbi karvana hücum olunub.

Gununsesi.info xəbər verir ki, naməlum silahlılar türkiyəli hərbçiləri minaatanlardan atəşə tutub.

Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Qeyd edək ki, Türkiyə 2017-ci ilin oktyabrından İdlib əyalətində qoşunlarını və hərbi texnika yerlşdirir.

Gununsesi.info